Orta məktəblərdə dərs proqramının ağırlığı və şagirdlərin həddən çox ev tapşırığı ilə yüklənməsi narahatlıq doğuran məsələlərdən biridir. Bəzi məktəblərdə şagirdləri ev tapşırıqları ilə o dərəcədə yükləyirlər ki, hətta onların ali təhsilli valideynləri belə bu qəliz tapşırıqların həllində övladlarına kömək etməkdə çətinlik çəkirlər.
Ev tapşırıqlarının çoxluğu şagirdlərin növbəti mərhələlərdə təhsil nailiyyətlərinə müsbət təsir etmir. Əksinə, şagirdlərin həddindən artıq ev tapşırığı ilə yüklənməsi onları təhsildən, məktəbdən soyudur. Üstəlik, bu gərginliyə kiçik yaşlı məktəblinin orqanizmi, əsəbi, iradəsi də dözmür. Bir sözlə şagirdlərin dərs yükü onların duz yükünə çevrilib.
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, uzun müddətdir təhsil sahəsində araşdırma aparıram, mən hələ bir pedaqoq kimi başa düşə bilmirəm ki, biz hansı ağılla, nə səbəbə, ibtidai siniflərdə dərs yükünü ağırlaşdırıb, üstəlik bura informatika və xarici dili fənlərini daxil etmişik:
"İbtidai siniflərin dərs yükünün artırılması ən böyük ağılsızlıqdır" - Elşən QafarovÜmumiyyətlə həftəlik dərs yükü 25, tam orta təhsil səviyyəsində isə 30 saatdan çox olmamalıdır. Bununla birgə dərsdən kənar məşğələlər, dərnək məşğələləri keçirilməlidir.
Şagirdlərin dərs saatlarını çoxaltmaq, gündəlik iş rejimini ağırlaşdırmaqdansa onların bacarıq yönlərinin inkişafı üçün işlər həyata keçirilməlidir. Ayrı-ayrı fənlər üzrə biliklərini artırmaq üçün proqram tətbiq edilməlidir. Bu baxımdan düşünürəm ki, dərs yükü ibtidailərdə 18 -22 saatdan yuxarı olmamalıdır. Burada uşaqların fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır. Dərs yükü saatlarını qıssaldıb, məktəblilərin məktəbdənkənar fəaliyyətini inkişaf etdirmək lazımdır.
Xatırlayaq ki, dərsliklərlə bağlı 5 il əvvəl çox ciddi problemlərimiz vardı. Hazırda isə alternativ vəsaitlərdən istifadə edilir. Bu mövzuda problemlər cuzi miqdardadır. Bir çox dərsliklərimizlə biz artıq qürur duya bilirik. Nəticə etibarı ilə düşünürəm ki, zamanla dərs yükü probleminin də öhdəsindən gəlmiş olacağıq.
İdeal sistem, ideal dərslik olmur. Hazırki, təhsil sistemimizdə və dərsliklərimizdə inkişaf etdirilməlidir. Lakin mənim istəyim odur ki, şagirdlərin daxili potensialı üzə çıxarılsın. Yəni dərsdənkənar fəaliyyətlərində xüsusi addımlar atılsın"./big.az/
Tehsil-press.az