Üç gündür işıq olmayan məktəblə bağlı RƏSMİ AÇIQLAMA

Üç gündür işıq olmayan məktəblə bağlı RƏSMİ AÇIQLAMA 182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb.

Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Bildirilib ki, sabahdan etibarən məktəbdə tədris prosesi normal qaydada davam edəcək.

Qeyd edək ki, məktəbdə 3 gündür elektrik enerjisinin verilməsində problem yarandığına dair məlumat yayılmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər