Bütün BRİKS ölkələri Türkiyənin birliyə qoşulmasında maraqlıdır.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov “TRT World” telekanalına müsahibəsində deyib.
“Əlbəttə, Türkiyənin BRİKS-ə qoşulması bütün üzvlər üçün çox vacibdir. Türkiyə böyük regional gücdür və qlobal məsələlərdə çox mühüm rol oynayır”, - deyə prezidentin mətbuat katibi vurğulayıb.
Peskov bütün BRİKS ölkələrinin Ankaranın üzvlüyündə maraqlı olduğunu açıqlayıb. O, Türkiyənin üzvlüyünün NATO üzvü kimi deyil, ilk növbədə bir dövlət kimi maraqlı olduğunu vurğulayıb .
Daha əvvəl Peskov bildirib ki, Türkiyə NATO-nun üzvü olmaqla BRİKS-ə qoşula bilər. Onun sözlərinə görə, Ankaranın assosiasiyaya qoşulmaq istəyi etirazlara səbəb olmayacaq./Publika.az/
Tehsil-press.az