"Quterreş BRİKS sammitinə getməklə səhv etdi"

Litva BMT Baş katibi Antonio Quterreşin BRİKS sammiti üçün Kazana səfərinə reaksiya verib.

"Sputnik Litva" kanalı xəbər verir ki, Baltikyanı respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsberqisin sözlərinə görə, Quterreş BRİKS sammitini ziyarət etməkdə səhv edib:

"BMT-nin baş katibi Antonio Quterreş İsveçrədəki Ukrayna “sülh sammitinə” getməmək qərarına gələndə səhv etdiyini etiraf etməli və məsuliyyəti öz üzərinə götürməlidir. Həmçinin o, Rusiya və Belarus liderləri ilə qucaqlaşmamlı idi".

Litva Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Vilnüs artıq BMT-nin baş katibini vicdanlı dəllal kimi qəbul etmir. O, əlavə edib ki, Baltikyanı respublikanın hakimiyyət orqanları Quterreşi bu vəzifədən getməyə qərar verərsə, onu tutmaqdan çəkindirməyəcək./"Unikal"/

Tehsil-press.az

Oxşar xəbərlər