12 min əsgər hazırdır: döyüşlər başlaya bilər – Daha bir müharibə təşvişi

12 min əsgər hazırdır: döyüşlər başlaya bilər – Daha bir müharibə təşvişi KXDR Ukrayna müharibəsinə daxil olur. Rəsmi Pxenyan 10-12 minlik hərbi kontingenti Rusiyaya göndərəcək. Ekspertlər bunun müharibənin gedişatını dəyişəcəyini iddia edirlər.

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, KXDR-nin Rusiyaya yardım edəcəyi bəlli idi:

“Rusiyanın qüvvəsi var, amma cəbhə xəttinin geniş olması, yeni ələ keçirilən ərazilərin müdafiəsi, həmçinin arxa cəbhənin təhlükəsizlik məsələsi belə bir dəstəyi zəruri edir. Mümkündür ki, həmin 10-12 minlik kontingent logistika ya da arxa cəbhəni qorumaq üçün istifadə ediləcək. Lakin aktiv döyüşlərdə olması real deyil.

Rusiya müharibəni fərqli coğrafiyalara yayır. Ukraynaya həlledici hücum öncəsi tək olmadığını göstərməyə çalışır. Gedişat göstərir ki, Ukraynada həlledici döyüş zamanı Koreya yarımadasında da döyüşlər ola bilər. Bundan başqa Çin-Tayvan gərginliyi, İsrail-İran gərginliyi də alovlana bilər”.

Tehsil-press.az

Oxşar xəbərlər