Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Bakı şəhəri Qaradağ rayonundakı Neftçi Qurban adına 288 saylı tam orta məktəbdə görkəmli neftçi Qurban Abbasovun anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.
Əklil qoyma mərasimindən sonra tədbirdə Azərbaycan Respubliksının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respubliksının Dövlət Himnin səsləndirilib.
Məktəbin direktoru Aygün Hüseynova qonaqları salamladıqdan sonra Yeni Azərbaycan Partiyasının Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxış edərək neftçi Qurbanın xidmətlərindən danışıblar. ADNSU haqqında sənədli filmin nümayişindən sonra çıxış edən rektor əvəzi, dosent Vazeh Əskərov neftçi Qurban Abbasovun rəhbəri olduğu universitetin məzunu olmasından qürur hissi keçirdiyini qeyd edərək bu gün də ADNSU-nun amalının ölkə sənayesi və iqtisadiyyatı üçün yüksəkixtisaslı kadrlar olduğunu bildirib. 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsinin ölkənin inkişafında yeni mərhələ açdığını qeyd edən dosent Vazeh Əskərov Azərbaycan Respublikasının dövlət suverenliyinin bütün ərazisi üzərind bərqərar olunmasını mühüm tarixi nailiyyət kimi səciyyələndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli addımları və diplomatik səyləri sayəsində Azərbaycan xalqını hələ çoxlu xoş müjdələrin gözlədiyini vurğulayan dosent Vazeh Əskərov 288 saylı məktəbin müəllim və şagirdlərini universitetə dəvət edib.
Millət vəkili Səbinə Xasayevanın neftçi Qurban haqqında çıxşından sonra söz Elm və Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayevə verilib. Zalda əyləşən qazilərə təşəkükrünü bildirən Rövşən Ağayev neftçi Qurbanın Azərbaycanın neft sənayesinə göstərdiyi xidmətlərdən danışıb, ADNSU-nun neft kadrlarının hazırlanmasındakı roluna toxunub. O, məktəblilərin diqqətini tədbirdə nümayiş olunan ADNSU haqqında sənədli filmdə səslənən fikirlərə yönəldərək onları ADNSU-da təhsil almağa səsləyib.
Sonra ADNSU-nun proferssoru Eldar Süleymanov neftçi Qurban haqqında xatirələrindən danışıb, onun açıq dənizdə neft çıxarılması üçün infrastrukturun yaradılmasında oynadığı mühüm roldan danışıb.
Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin rəsi Fərhad Səfərov, neftçi qurbanın yaxın qohumu və prezident təqaüdçüsü Nizami Orucov çıxış edərək neftçi Qurbanın ölkənin neft sənayesindəki xidmətlərindən danışblar.
Tədbir ağacəkmə aksiyasının keçirilməsi ilə başa çatıb.
Tehsil-press.az