ADNSU-nun şəhid məzunları haqqında sənədli film nümayiş olunub

ADNSU-nun şəhid məzunları haqqında sənədli film nümayiş olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı qazandığımız Zəfərin əhəmiyyətindən, torpaqlarımızın işğaldan azad edilməsindən danışıb. Vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyü naminə düşmənə qarşı gedən döyüşlərdə iştirak etmiş, şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının, o cümlədən ADNSU-nun şəhid məzunlarının əziz xatirəsi daim uca tutulur.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov və YAP Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Qələbənin sonsuz qürur hissləri doğurduğunu vurğulayıblar. Qeyd olunub ki, bu Qələbə bizi dünyaya vətənpərvər, mərd və qəhrəman xalq kimi tanıtdı.
Sonra ADNSU-nun şəhid məzunları haqqında “Tarix yazan qəhrəmanlar” sənədli filmi nümayiş olunub.

Tehsil-press.az




Oxşar xəbərlər