Gürcüstanda səslər yenidən sayılacaq

Gürcüstanda səslər yenidən sayılacaq Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri ilə bağlı öz məlumatlarını iki dəfə yoxlamaq məqsədilə hər seçki dairəsində beş seçki məntəqəsinin bülletenlərinin yenidən sayılması barədə qərar qəbul edib.

Bu barədə komissiyadan məlumat verilib.

Məlumata görə, artıq dairə komissiyaları püşkatma yolu ilə məlumatları yenidən hesablanacaq məntəqələri müəyyən ediblər. Regionlarda səslərin yenidən sayılması saat 12:00-da, Tiflisdə isə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, 26 oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərində səslərin 99,97%-i sayılandan sonra hakim Gürcü Arzusu Partiyası 53,93 faiz səslə qalib gəlib./Axar.az/

Tehsil-press.az


Oxşar xəbərlər