Gürcüstanda prezident seçkilərində səsvermə başa çatıb

Gürcüstanda prezident seçkilərində səsvermə başa çatıb Gürcüstanda prezident seçkilərində səsvermə başa çatıb, bütün seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.
Mərkəzi Seçki Komitəsindən bildiriblər ki, yerli vaxtla saat 17:00 üçün seçicilərin iştirekı 38,6 faiz təşkil edib.
Xatırladaq ki, Gürcüstanın Mərkəzi Seçki komitəsi perzident seçkilərində səs vermək üçün 3705 seçki məntəqəsi yaradıb. Bundan əlavə 41 xarici ölkədə 55 məntəqə açılıb.
Ölkə XİN-in məlumatına əsasən, 53 minə yaxın Gürcüstan vətəndaşı xaricdə konsul uçotundadır.
Bildirilir ki, 3,3 mindən artıq müşahidəçi seçki prosesini izləyib.

Tehsil-press.az

Oxşar xəbərlər