Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin SAYI AÇIQLANIB

Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin SAYI AÇIQLANIB "2024-2025-ci tədris ilində 7 541 şagird peşə təmayüllü siniflərdə təhsil alır".

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov qurumun birillik fəaliyyətinə dair "Hesabat Brifinqi"ndə qeyd edib.

O bildirib ki, peşə təmayüllü siniflərin təşkili layihəsinin məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsidir:

"Bu yolla şagirdlər orta təhsil pilləsində əmək bazarına hazırlaşırlar. Bu hədəfə nail olunması üçün "Peşə təmayüllü siniflərin təşkili" layihəsi həyata keçirilir. Layihənin əsas hədəflərindən biri əmək bazarına uyğun kadrların yetişdirilməsidir. 2024-2025-ci tədris ilindən etibarən 15 ixtisas üzrə 7 541 şagird peşə təmayüllü siniflərdə təhsil alır. Peşə təmayüllü siniflərdə indiyədək 4 profil üzrə 12 peşə ixtisası tədris olunub. Yeni tədris ilindən əlavə olaraq 4 peşə ixtisasının pilot qaydada tədrisi aparılır".

Tehsil-press.az

Oxşar xəbərlər