“Memarın Emosional İntellekti” Layihəsi: Gənclərin Duyğusal Fərqindəliyinə Yönəlik Uğurlu Addım

“Memarın Emosional İntellekti” Layihəsi: Gənclərin Duyğusal Fərqindəliyinə Yönəlik Uğurlu Addım Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilati və məkan dəstəyi ilə keçirilən “İdeyanı reallaşdır 2023” fərdi qrant müsabiqəsinin qalibi olan “Memarın Emosional İntellekti” layihəsi öz missiyasını uğurla davam etdirir. Layihə Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi və doktorantı Elbəy Əliyev tərəfindən həyata keçirilir.

Bu layihə, memarlıq və əlaqəli ixtisaslarda təhsil alan tələbələrə fərdi inkişaf, duyğusal fərqindəlik və empatiya kimi dəyərlərin önəmini dərk etməyə yönəlmişdir. Təlimlər emalatxana şəklində təşkil olunaraq iştirakçılara memarlıq sahəsində özlərini ifadə etmək üçün müxtəlif yaradıcı vasitələrdən istifadə etmə imkanını təqdim edir. Sulu boya rəsmləri, plastilin və gildən hazırlanan memari formalar vasitəsilə tələbələr öz daxili emosiyalarını ifadə edir, eyni zamanda duyğusal balans və harmoniya yaratma yollarını öyrənirlər.

Təlimlər əsnasında iştirakçılar, məkanın təşkilində empatiyanın, sosial ədalətin və görünürlüğün əhəmiyyəti haqqında ətraflı müzakirələr aparır və bu anlayışların memarlıqda necə yer aldığını dərindən idrak edirlər. Bu çərçivədə keçirilən görüşlər və interaktiv sessiyalar sayəsində tələbələr arasında aktiv fikir mübadiləsi həyata keçirilir, komanda ruhu güclənir və memarlıqla bağlı yeni baxış bucaqları formalaşır. Layihənin uzunmüddətli məqsədi gənc memarların təkcə texniki biliklər sahəsində deyil, həm də güclü emosional zəka və sosial məsuliyyətə sahib peşəkat fərd kimi yetişdirilməsidir.

“Memarın Emosional İntellekti” layihəsi, gənclər arasında yaradıcı potensialı gücləndirmək və onları daha fərqində, empatik bir memar kimi yetişdirmək üçün əhəmiyyətli bir platforma yaradır. Layihə, həm fərdi inkişaf, həm də gələcək peşə həyatına hazırlıq baxımından iştirakçılara mühüm töhfə verməyə davam edir.

“Memarın Emosional İntellekti” Layihəsi: Gənclərin Duyğusal Fərqindəliyinə Yönəlik Uğurlu Addım
“Memarın Emosional İntellekti” Layihəsi: Gənclərin Duyğusal Fərqindəliyinə Yönəlik Uğurlu Addım
“Memarın Emosional İntellekti” Layihəsi: Gənclərin Duyğusal Fərqindəliyinə Yönəlik Uğurlu Addım
“Memarın Emosional İntellekti” Layihəsi: Gənclərin Duyğusal Fərqindəliyinə Yönəlik Uğurlu Addım
“Memarın Emosional İntellekti” Layihəsi: Gənclərin Duyğusal Fərqindəliyinə Yönəlik Uğurlu Addım
“Memarın Emosional İntellekti” Layihəsi: Gənclərin Duyğusal Fərqindəliyinə Yönəlik Uğurlu Addım
“Memarın Emosional İntellekti” Layihəsi: Gənclərin Duyğusal Fərqindəliyinə Yönəlik Uğurlu Addım


Tehsil-press.az

Oxşar xəbərlər