Azərbaycan Gənclər Fondunun Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation elan etdiyi XI qrant müsabiqəsi çərçivəsində qalib olan "NatiqSən" layihəsinin 9 və 10 fevral tarixlərində qiymətləndirmə və bağlanış mərasimi keçirilib. Layihə rəhbəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Güntəkin Mehnətlidir. Layihənin məqsədi Neftçala şəhərində yaşayan 11-ci sinif şagirdlərinin natiqlik qabiliyyətinin inkişaf etdirilməsi və onlarda sosial problemlərə qarşı diqqətin artırılmasıdır.
Layihə 5 mərhələdən ibarət olmaqla açılış mərasimi, 2 günlük təlimlər, qiymətləndirmə və bağlanış mərasimindən ibarətdir.
Bağlanış mərasimində qiymətləndirmədən asılı olaraq məktəblilərə sertifikat, diplom və hədiyyələr təqdim olunub.

Mətbuat Xidməti