“Sahibkarlıq fəaliyyətinin gənclər arasında təşviqi” adlı layihənin icrası uğurla başa çatdı

“Sahibkarlıq fəaliyyətinin gənclər arasında təşviqi” adlı layihənin icrası uğurla başa çatdı Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Sahibkarlıq fəaliyyətinin gənclər arasında təşviqi” adlı layihənin icrası uğurla yekunlaşdı.
Beləki, layihə çərçivəsində nəzərdə tutulan təlimlər ilkin olaraq 9 fevral 2019-cu il tarixində Şabran rayonunda , 22 fevral 2019-cu il tarixində Xaçmaz rayonunda və yekun olaraq 23 fevral 2019-cu il tarixində Quba rayonunda həyata keçirilmişdir.
Qeyd edək ki, layihənin əsas məqsədi yeniyetmə və gənclərin arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, kiçik və orta sahibkarlıq sahəsində fəaliyyətə başlamaq istəyən yaradıcı gənclərə dəstək olmaqdır. Tədbirlərdə layihə rəhbəri Məmmədova Könül çıxış edərək tədbir iştirakçılarına layihə ilə bağlı ətraflı məlumat vermiş və layihənin reallaşması üçün maliyyə dəstəyi göstərmiş Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkürünü bildirmişdir. Təlimçi Elşən Şərifov “Sahibkarlığa başlamağın yolları” və s. mövzularda tədbir iştirakçılarına ətraflı məlumat verərək, iştirakçıları maraqlandıran sualları cavablandırmışdır. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Layihə ümumilikdə 90 nəfər gənci əhatə etsədə, daha çox gəncin maariflənməsi üçün iştirakçılara məlumatlandırıcı bukletlər paylanılmışdır.

Mətbuat Xidməti


“Sahibkarlıq fəaliyyətinin gənclər arasında təşviqi” adlı layihənin icrası uğurla başa çatdı“Sahibkarlıq fəaliyyətinin gənclər arasında təşviqi” adlı layihənin icrası uğurla başa çatdı“Sahibkarlıq fəaliyyətinin gənclər arasında təşviqi” adlı layihənin icrası uğurla başa çatdı

Oxşar xəbərlər