Mirzoyanın “soyqırımı” açıqlaması İrəvanı qarışdırdı: Bir neçə il əvvəl…

Mirzoyanın “soyqırımı” açıqlaması İrəvanı qarışdırdı: Bir neçə il əvvəl… Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qondarma “erməni soyqırımı” ilə bağlı açıqlaması ölkədə ciddi narazılığa səbəb olub.

Mirzoyan son açıqlamasında “erməni soyqırımı”nın təbliğatı və araşdırılmasının Ermənistanın Xarici İşlər Nazirliyi üçün prioritet olmadığını deyib.

Bu məsələ İrəvan hökumətinin Türkiyə ilə münasibətlərin normallaşması üçün növbəti addımı kimi dəyərləndirilib. Beləliklə Ermənistan üçün soyqırımı mövzusunun ölkənin əsas gündəmindən çıxırlmasına və tarixdəki rolunun azaldılmasına çalışıldığı deyilir.

Ermənistan parlamentinin müxalif “Hayastan” fraksiyasının deputatı Anna Qriqoryan isə XİN başçısının bir neçə il öncəyə qədər özünün bu məsələnin araşdırılması ilə məşğul olduğunu bildirib:

“Nazir açıq şəkildə deyir ki, onlar bu məsələyə əhəmiyyət vermirlər. Bu sözü uzun illər Erməni Soyqırımı Muzeyində elmi işçi kimi çalışan şəxs dilə gətirib. Hökumətdə vəzifə qazanıb nazir olduqdan sonra isə bu məsələni ikinci plana atır”./Globalinfo.az/

Tehsil-press.az

Oxşar xəbərlər