Terror təşkilatı PKK-nın siyasi qolu HDP həmsədri Səlahəddin Demirtaş Türkiyəni təhdid edən bəyanat verib.
Tehsil-press.az xəbər verir ki, partiyasının qrup toplantısında danışan Demirtaş deputat toxunulmazlıqlarının aradan qaldırılması halında Türkiyə parlamentinə alternativ "parlament" qura biləcəklərinə işarət edib. "Biz sizinlə bərabərik. Bizə elə yuxarıdan aşağı baxa bilməzsiniz. Parlament xalqın iradəsidir. Dostlarımız həbs olunub, millət vəkillərimizin toxunulmazlığını aradan qaldıraraq alçaldarsınızsa, heç bir variant bizim üçün mübahisəsiz olmayacaq. Parlamenti partiyalar deyil, xalq qurur. Xalq istəsə, daha bir parlament qurar", - deyə Demirtaş bildirib.
Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu cümə günü parlamentin konstitusiya komissiyasında AKP-li və HDP-li deputatlar arasında baş vermiş əlbəyaxa davadan danışaraq HDP-çiləri muzdlu quldurlar adlandırıb. "O muzdlu quldurlar üçün məhkəmə prosesi başlayacaq. Parlamentin qapısının önündən belə keçə bilməyəcəklər", - deyə Davudoğlu vurğulayıb..
Tehsil-press.az