Gələn il sertifikatlaşdırma imtahanında iştirak edəcək fənn müəllimləri ilə bağlı informasiyalar yayılıb. İddialara görə bu barədə regional idarələrdən məktəb rəhbərliklərinə təlimatlar göndərilib.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, növbəti il kimya, fizika, biologiya, tarix, coğrafiya, informatika və texnologiya fənn müəllimləri sertifikatlaşdırma prosesindən keçəcək.
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirildi ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinə 2025-ci ildə cəlb olunacaq fənlər barədə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası tərəfindən verilmiş qərar mövcud deyil.
"Qərar olduğu halda ictimaiyyətə elan olunacaq",-deyə qeyd olundu.
Tehsil-press.az