Moskva məhkəməsi bütün şirkəti Məmmədova verdi

Moskva məhkəməsi bütün şirkəti Məmmədova verdi Moskva Arbitraj Məhkəməsi latviyalı müğənni Layma Vaykuleni Rusiyanın “Laymaluks Rus” şirkətinin iştirakçıları siyahısından çıxarıb. Beləliklə, o, Rusiya biznesindəki payını itirib.

Bu barədə TASS məlumat yayıb.

“Moskva Arbitraj Məhkəməsi Ş.Məmmədovun iddiasını tam təmin etmək qərarına gəlib. “Sia LaimaLukss” hüquqi şəxsi (Layma Vaykuleyə məxsusdur) “Laymaluks Rus” MMC-nin iştirakçıları siyahısından çıxarılsın”, - məhkəmədən bildirilib.

Layma Vaykulenin 2000-ci illərin əvvəllərində sahibkar Şiraz Məmmədovla birlikdə əsası qoyduğu biznesi hazırda tamamilə sonuncuya məxsusdur.

İş materiallarına görə, “Laymaluks Rus” şirkəti gözəllik salonlarının idarə edilməsi, kosmetika, mebel və aksesuarların satışı ilə məşğul olub. 2022-ci ildə Vaykule 49% payını Məmmədova köçürüb və bu ilin sentyabrında tərəfdaş onu firma üzvlüyündən kənarlaşdırmaq üçün məhkəməyə müraciət edib.

Tehsil-press.az

Oxşar xəbərlər