Hər gün 150 azərbaycanlı özünü təhlükəyə atır – (Video izlə)

Hər gün 150 azərbaycanlı özünü təhlükəyə atır – (Video izlə) Metronun ”28 may” stansiyası yaxınlığındakı ticarət mərkəzindən çıxan piyadalar yolda nəqliyyatın hərəkətinə mane olduğundan bir müddət əvvəl bura işıqfor qurulub.

Amma görünən odur ki, piyadalar bəzi hallarda işıqfora məhəl qoymur, avtomobillərin intensiv hərəkət etdiyi yoldan keçməyə can atırlar. Daha da maraqlısı işıqforun müvafiq göstəriciləri həm də səsli şəkildə elan olunur, piyadalara ‘keçin” ya da ”gözləyin” xəbərdarlığı edilir. Bununla yanaşı polislər də gün boyu dəfələrlə piyadalara yolu keçməkdə tələsməməyi tövsiyə edir.
Polis işıqfora məhəl qoymayaraq yoldan keçmək istəyənlərə dəfələrlə keçiddən keçməli olduqlarını işarə etsə də, bəzi piyadalar buna məhəl qoymurlar.
Ərazidə xidmət aparan polislərdən aldığımız məlumata görə, gün ərizində burda 120-150 piyada barəsində protokol tərtib edilir. Onlar “Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsinin tələbini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun 20 manat cərimə olunurlar.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovdun ”Xəzər Xəbər”ə verdiyi məlumata görə, ilin əvvəlindən aprel ayının sonuna qədər 371 min piyada qanunsuz yerdən keçdiyi üçün cərimə olunub.




Tehsil-press.az

Oxşar xəbərlər