AzTU-da universitet-sənaye əməkdaşlığı çərçivəsində növbəti elmi seminar keçirilib

AzTU-da universitet-sənaye əməkdaşlığı çərçivəsində növbəti elmi seminar keçirilib Azərbaycan Texniki Universitetində (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin təşkilatçılığı ilə elmi seminar keçirilib. Əvvəlcə dekabrın 25-də “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Mühəndislik hazırlığında elm, təhsil və istehsalat əlaqələri - XXI əsrin çağırışları və yeni vəzifələr” mövzusunda keçirilən elmi seminarda AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli, kafedra müdirləri, professor-müəllim heyəti, əməkdaş və tələbələri, həmçinin “Hidroservice Engineering” MMC, “Bakı Gəmiqayırma Zavodu” MMC, “Zəhmət-Ruzi” MMC, Müdafiə Sənayesi Nazirliyi nəzdində “İqlim elmi-istehsalat müəssisəsi”, “Suraxanı Maşınqayırma Zavodu” ASC, “Coca-Cola” şirkəti, “STP” şirkətlər qrupu, “Azərtexnolayn” MMC-nin polad boru zavodu, “Qala Qoçu” MMC, “AzərSun” MMC-nin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər universitet-sənaye əməkdaşlığının perspektivləri, birgə layihələr və elmi-tədqiqat işlərinin aparılmasında iştirak imkanları, eləcə də real fərdi tapşırıqlar üzrə təhsilalanların istehsalat təcrübələrinin təşkili ilə bağlı təkliflər səsləndiriblər.

Seminarın sonunda tərəflər universitet-sənaye əməkdaşlığı çərçivəsində informasiya mühitinin yaradılması istiqamətində birgə addımların atılması ilə bağlı ilkin razılıq əldə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər