Azərbaycan prezidentinin AZAL-la bağlı çıxışı, eləcə də Türkiyədən Bakıya dəstəyin verilməsi Rusiyada narahatlığı artırıb.
Prezident İlham Əliyevin çıxışından sonra Rusiyanın təbliğatçı Teleqram kanallarında Azərbaycana qarşı açıq və üstüörtülü təhdidlər, dezinformasiyalar, tənqidlər yayılmağa başlayıb. Xüsusilə bu kanallar Azərbaycan prezidentinin çıxışının Rusiya hakimiyyətində qıcıq yaratdıqlarını bildiriblər.
Kremlə yaxınlığı ilə seçilən “Kremlevskaya Tabakerka” Teleqram kanalı isə diqqəti özəlliklə Türkiyəyə yönəldib. Kanal guya Rusiya Xarici İşlər Nazirliyindəki mənbəsinə istinadən yazıb ki, Ərdoğan artıq Rusiyanın hava hücumundan müdafiə sisteminə kinayə ilə yanaşır və bu Kremldə narahatlıq yaradır.
“Biz Türkiyədən yeni ultimatum almışıq. Ərdoğan Krımı öz nəzarəti altına alması arzusunu xatırladır. O deyir ki, əgər Rusiya hava hücumundan müdafiəsi sərnişin təyyarəsini dronla qarışdırırsa, o zaman o Krım və Sevastopolu Qərbin raketlərindən necə qoruyacaq? Açıq şəkildə bizə gülür” – deyə kanalın XİN-dəki mənbəsi deyib.
Kanalın mənbəsi guya XİN-in Türkiyəyə bununla bağlı sərt ultimatum hazırladıqlarını və ona qarşı hərəkətə keçəcəklərini bildirib:
“Ərdoğanı artıq dayandırmaq vaxtıdır. Biz bir dəfə səhv edib, Suriyaya görə ona cavab verməmişik. Açığını deyəcəm, resurslar başqa cəbhədə lazım idi. İndi biz resurslarımızı toplayırıq. Cavabı yanvarda, ən geci fevralda verəcəyik”.
Qeyd edək ki, Rusiya Ukraynada işğalçı müharibəni 2022-ci ilin fevralından aparır. Bu dövr ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir dəfə də olsun Krımın Türkiyəyə birləşdirilməsi barədə açıqlama verməyib. Əksinə Ərdoğan Ukraynanın ərazi bütövlüyünü daima dəstəkləyəcəklərini deyib. //Globalinfo.az
Tehsil-press.az