İlin təyinatları...

İlin təyinatları... Başa çatmaqda olan 2024-cü il ərzində bir sıra yüksək vəzifələrə yeni təyinatlar gerçəkləşdi. Bu təyinatlardan sonra uzun müddət kreslo başında olan məmurlar kabineti ilə vidalaşmalı oldu.

Bu mühüm postlardan biri də ədliyyə naziri idi. Prezidentin sərəncamı ilə 24 il ədliyyə naziri vəzifəsində çalışan Fikrət Məmmədov işdən azad edildi, onu Fərid Əhmədov əvəzlədi.

Fərid Əhmədov nazir vəzifəsinə təyin edilənədək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsini tutub.

İlin təyinatları...


General-polkovnik Hikmət Mirzəyevin müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı təyin edilməsi də ilin təyinatları sırasındadır. Vətən Müharibəsi Qəhrəmanı, sabiq XTQ komandanı bu vəzifədə ehtiyata buraxılan general-leytenant Ənvər Əfəndiyevi əvəzlədi.

İlin təyinatları...


Digər Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov da bu il yüksək vəzifəyə təyinat aldı. O, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edildi. General Seyidov bu vəzifədə Kərəm Mustafayevi əvəzlədi.

İlin təyinatları...


İlin sonuna doğru Vüsal Aslanov da yüksək vəzifəyə təyinat alanlardan oldu. 11 gün əvvələdək “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsində çalışan Aslanov, hazırda “Bakı Metropoliteni” QSC-nin sədridir. O, sabiq sədr Zaur Hüseynovun yerinə bu mühüm posta gətirilib.

İlin təyinatları...


İlin maraqlı təyinatlarından biri də Suraxanı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilməsi ilə bağlıdır. Bu vəzifəyə parlamentin III, IV, V və VI çağırış deputatı və sonuncu çağırış Milli Məclisin sədr müavini olmuş Adil Əliyev gətirildi. Suraxanının əvvəlki icra başçısı Əziz Əzizov isə eyni vəzifəsinin icrası üçün Beyləqana göndərildi.

İlin təyinatları...


Bu ilin “Azəriqaz” İstehsalat Birliyində baş direktoru Ruslan Vəliyev də vəzifəsini itirdi. Onu daha əvvəl “SOCAR Georgia”nın törəmə şirkəti olan “SOCAR Georgia Gas”ın baş direktoru vəzifəsini icra etmiş Azər Məmmədov əvəzlədi.

İlin təyinatları...


Xankəndidə yeni yaradılan Qarabağ Universitetinin rektor vəzifəsinə gerçəkləşən təyinatı da ilin maraqlıları sırasına daxil etmək olar. Bu vəzifəyə isə Şahin Bayramov gətirildi. O, daha öncə Mingəçevir Dövlət Universitetinin rektoru idi.

İlin təyinatları...


Tehsil-press.az

Oxşar xəbərlər