
Faiq Seyidovun rəhbəri olduğu şirkətin hazırda vergi borcu 40420.93 manat təşkil edir.
Qeyd edək ki, nizamnamə kapitalı 50 manat olan “Xaliq Faiqoğlu” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb.
Paytaxt ərazisində bir sıra marşrut xətlərinə sahib olan “Xaliq Faiqoğlu” MMC-nin daha öncə də külli miqdarda vergi borcu yaranıb. Şirkətə rəhbərlik edən Seyidov Faiq Sadıq oğlu eyni zamanda “Xaliq Faiqoğlu” MMC-nin tabe olduğu “Safa Holdinq”in də sahibidir. “Xaliq Faiqoğlu”ndan başqa “Safa Holdinq”in tərkibində “Safa Plaza”, “Safa Beauty and Spa”, “Safa Restoran”, “Safastore” və “Safa İnşaat” da fəaliyyət göstərir.
Tehsil-press.az