Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş Qrant müsabiqənin qalibi olan “Yaşıl Gələcək” Debat Formu layihə öz işinə başlayıb.
“Yaşıl Gələcək” Debat Formu Azərbaycan Respublikasının Gənclər Fondu dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı ilə, Milli Debat Proqramı çərçivəsində Gəncə Gənclər evində və Şəki Dövlət Regional Kollecində baş tutub.
7-8 dekabr 2024 tarixində Şəki gəncləri üçün keçirilən “Yaşıl Gələcək” layihəsində 20+ komandanın, 100-dən çox gəncin iştirakı qeydə alınıb.
“İnvestisiya layihələrində ekoloji standartlar iqtisadi göstəricilərdən üstün tutulmalıdır” mövzusu ətrafında gənclər müxtəlif arqumentlər gətirərək debatlar aparıb. Hakimlərin qərarına əsasən isə Şəkidə keçirilən “Yaşıl Gələcək” debat forumun çempionu “3 Hilal” komandası seçilib.
14-15 dekabr tarixində Gəncə Gənclər evində gənclər üçün təşkil olunan “Yaşıl Gələcək” debat forumunda ümumilikdə 24 komanda, 150-dən çox gənc hakim, spiker, təlimçi və auditoriya kimi iştirak edib.
Forumun mövzusu “Təbii resurslardan istifadə məhdudlaşdırılmalıdır” seçilib və gənclər bu mövzu ətrafında debatlar aparıb.
Forumun final mərhələsinə “Number one” və “Turan” komandası qarşı-qarşıya gəlib. “Turan” komandası forumun çempionu seçilib. Turnirin ən yaxşı natiqi isə Rauf Əliyev seçilib.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan debat forumun məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək, ekoloji problemlər və onların təsirləri ilə bağlı məlumatlılığı artırmaqdır.
Tehsil-press.az