ADU-da Bakı Gənclər Debat Forumunun final oyunu keçirilib

ADU-da Bakı Gənclər Debat Forumunun final oyunu keçirilib Azərbaycan Dillər Universitetində (ADU) “XIX Respublika Gənclər Debat Forumu: Yaz-2019” layihəsi çərçivəsində Azərbaycan bölməsi üzrə Bakı Gənclər Debat Forumunun final oyununda ADU-nun iki komandası qalibiyyət uğrunda debat aparıblar.
ADU-nun rektoru, akademik Kamal Abdulla tələbələrin bu kimi mühüm tədbirdə iştirak etməklərindən məmnun olduğunu deyib: “Debat yeni düşüncə cücərtisidir, insanın öz daxili mahiyyətini ortaya qoymaq təşəbbüsüdür. Debat aləminə girmək kiminləsə ünsiyyət qurmağın açarıdır. Burada siz dünyagörüşünüzü, çevik düşünmə qabiliyyətinizi ortaya qoyursunuz. Finala gəlib çıxan hər iki komanda ADU-nun komandası olduğu üçün mənim üçün ikisi də qalibdir. Hamınıza uğurlar arzu edirəm”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev XIX Respublika Gənclər Debat Forumunun ənənə halını aldığını deyib: “Bu, gənclərin iştirakı ilə bir neçə hədəfə istiqamətlənmiş layihədir. Hər il çox maraqlı mövzular seçilir. Tələbələr də yüksək səviyyədə hazırlaşırlar. Azərbaycanda dünyamiqyaslı tədbirlər keçirilir. Bu da onu göstərir ki, Azərbaycan dünyada stabil, dinamik, davamlı inkişafda olan dövlətdir. Beynəlxalq tədbirlərin keçirilməsi nəticəsində xaricilər Azərbaycanı tanıyırlar. Bu yarışlar gələcək inkişafımıza öz töhfəsini verəcək”.
Milli Debat Proqramının rəhbəri Qulamhüseyn Məmmədov Respublika Gənclər Debat Forumunun hər zaman inkişafda olan və Azərbaycan gəncliyi üçün çalışan təşkilatın 20 illik fəaliyyətində böyük ənənə olduğunu deyib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daima inkişaf və tərəqqi yolunda addımlayan ölkəmizin beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi və “Formula 1 Grand Prix” yarışlarının ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq XIX Respublika Gənclər Debat Forumu: Yaz mövsümü “Beynəlxalq tədbirlərin keçirilməsinin ölkənin inkişafında rolu” mövzusu ətrafında baş tutub. Q.Məmmədov Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 1000-ə yaxın gənci əhatə etmiş layihə çərçivəsində 63 təlim, 32 turnir, 7 forum, 11 ekspert görüşünün baş tutduğunu qeyd edib. O, 18-19 may tarixlərində baş tutmuş Bakı Gənclər Debat Forumu ilə yanaşı, Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Lənkəran bölgələrindən olan debatçıların Regional Debat Forumlarını yekunlaşdırdığını deyib.
Sonra XIX Respublika Gənclər Debat Forumu: Yaz 2019-un video-icmalı nümayiş olunub.
“XIX Respublika Gənclər Debat Forumu: Yaz 2019” layihəsi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilir.
Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universitetindən Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 32 komanda, 120-ə yaxın natiq “Beynəlxalq tədbirlərin keçirilməsinin ölkənin inkişafında rolu” mövzusu ətrafında debatlar aparıb.
ADU-nun 3 komandasının qoşulduğu Forumda ADU-nun “DeBabat” və “Dereprobates” komandaları final oyununda yarışıb.
Mövzu ətrafında debat aparan komandalardan “DeBabat” hakimlərin qərarı ilə birinci yerə layiq görülüb.
ADU-nun tələbələri Sevinc Əliyeva Bakı Gənclər Debat Forumun ən yaxşı 2-ci, Aytən Cəbrayılova 4-cü, Elşad Haşımov 6-cı, Lamiyə Əhmədzadə isə 8-ci natiqi seçiliblər.
Sonda Azərbaycan və rus bölmələri üzrə qalib və finalçılar kubok və medallarla mükafatlandırılıb.

ADU-nun Mətbuat Xidməti


ADU-da Bakı Gənclər Debat Forumunun final oyunu keçirilib

ADU-da Bakı Gənclər Debat Forumunun final oyunu keçirilib

ADU-da Bakı Gənclər Debat Forumunun final oyunu keçirilib

Oxşar xəbərlər