Yaz mövsümünün ən rəqabətli və ən həyəcanlı layihəsi olan “Bakı Gənclər Debat Forumu: Yaz,2024” Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı, Bakı Dövlət Universitetinin ev sahibliyi ilə Milli Debat Proqramı çərçivəsində 25-26 may tarixində baş tutacaq.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan formun mövzusu “Ekoloji problemlərlə mübarizədə həyata keçirilən tədbirlər ölkənin iqtisadi inkişafına töhfə verir.” ətrafında debatçılar müzakirələr aparacaq.
Keçiriləcək olan debat forumun məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək, ekoloji problemlər və onların təsirləri ilə bağlı məlumatlılığı artırmaqdır.
Forum hər komanda 3 nəfərdən ibarət olmaqla Azərbaycan və Rus bölmələri üzrə həyata keçəcək.
Tehsil-press.az