AzMİU-nun komandası Bakı Gənclər Debat Forumunun qalibi olub

AzMİU-nun komandası Bakı Gənclər Debat Forumunun qalibi olub Azərbaycan Memarlıq və İnşaat Universitetinin Debat klubunun “Hələ də ehtimal var” komandası Bakı Gənclər Debat Forumunun qalibi olub.
Finalda Azərbaycan Dövlət İqtisad Universiteti komandası ilə yarışan tələbələr rəqiblərinə qalib gələrək Respublika Gənclər Debat Forumunda Bakı şəhərini təmsil etmək hüququnu qazanıblar.
Forumda AzMİU-nun Debat klubunu “The beatles”, “Amphibian”, “NKvD”, “Doğruya doğru”, “Hələ də ehtimal var” komandaları təmsil edib. Forumun qalibi olan “Hələ də ehtimal var” komandasının spikerləri Nuray Sadıqova, Vüqar Məmmədov və Məhəmməd Mehdiyevdir.

Tehsil-press.az


Oxşar xəbərlər