Gənclər və İdman Nazirliyi dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı, Bakı Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən “Bakı Gənclər Debat Forumu: Yaz, 2024”-ün 3 iyun tarixində mükafatlandırma mərasimi keçirilib.
Tədbirin açılış mərasimində Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin sədri Əli Abdullazadə, Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zöhrab Cavadzadə, debat hakimləri, müxtəlif qurumların nümayəndələri və debatçı gənclər iştirak edib.
İlin ən həyəcanlı, ən rəqabət dolu və ən böyük #Debat Forumu olan layihədə ümumilikdə 2 gün ərzində Bakının 15 müəssisəsini təmsil edən 40 komanda, 1000-dən çox gəncin spiker, hakim, auditoriya kimi iştirakı qeydə alınıb.
“Ekoloji problemlərlə mübarizədə həyata keçirilən tədbirlər ölkənin iqtisadi inkişafında effektiv rol oynayır” mövzusunda keçirilən Debat Forumun Azərbaycan bölməsi üzrə çempionu Bakı Dövlət Universitetinin “Qeyd-şərtsiz” komandası, Rus bölməsi üzrə isə Azərbaycan Neft və Sənaye Universitetinin “Ovod” komandası seçilib.
Forumun hər iki bölməsi üzrə natiqliyi ilə seçilən ümumilikdə ən yaxşı 18 natiqi də müəyyən olub. Azərbaycan bölməsi üzrə Debat Forumun ən yaxşı birinci natiqi Azərbaycan Texniki Universitetinin tələbəsi Gülər Adıgözəlli, Rus bölməsi üzrə Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi Leyla Mirzayeva olub.
Tədbirin sonunda Debat Forumun ən maraqlı anlarını əks etdirən videoçarx nümayiş olunub və ən yaxşı natiqlər, ən yaxşı məşqçilər, ən yaxşı hakimlər, finalçı və çempion komandalar mükafatlandırılıb.
Debat Forumun məqsədi #gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək, ekoloji problemlər və onların təsirləri ilə bağlı məlumatlılığı artırmaqdır.
“Bakı Gənclər Debat Forumu: Yaz, 2024” layihəsinin əsasnaməsinə uyğun olaraq fevral-aprel ayları ərzində ali təhsil müəssisələrdə debat klubların təqdimatları, təlimlər, görüşlər və seçim turnirləri olmaqla ümumilikdə 100-dən artıq fəaliyyət həyata keçirilmişdir. Bu mərhələləri uğurla keçən komandalar əsas Forumda iştirak haqqı qazanmışdır.
Tehsil-press.az