
Sonra institutun icraçı direktoru kimya elmləri doktoru, dosent Kazım Quliyev 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsində Ümummilli Lider Heydər Əliyevin rolundan, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətindən danışıb.
Daha sonra Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın qəhrəmanlıq tarixi olduğunu bildirib. O qeyd edib ki, ən ağır cinayətlərdən biri yanvarın 24-də baş verib. 20 Yanvar hadisələrindən sonra vətənpərvər 5 alim çalışdıqları instituta gələrkən sovet faşizminin amansızlığına tuş gəliblər. Onlardan 3-ü elm yolunda şəhid olub. 30 il ərzində düşmən tapdağı altında inildəyən torpaqlarımız rəşadətli Milli Ordumuzun apardığı 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə təmizləndi. İndi bütün Qarabağda, Xankəndidə əzəmətli, üçrəngli Azərbaycan bayrağı dalğalanır. 20 Yanvar faciəsinin ölkəmizin müstəqillik tarixində mühüm dönüş nöqtəsi olduğunu, Vətən uğrunda canlarını qurban verən mərd oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanının xalqımız üçün ziyarətgaha çevrildiyini bildirib.
İclasın sonunda yanvarın 20-sində Şəhidlər Xiyabanına, yanvarın 24-də isə institut əməkdaşlarının qətlə yetirildiyi Bakı-Quba yolundakı xatirə abidəsinə ziyarətin təşkil olunmasına qərar verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tehsil-press.az