
Azərbaycanın iki universiteti də “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”nə daxil olub.
11 fənn sahəsi üzrə dərc olunan reytinqdə Azərbaycan 2 fənn sahəsi üzrə təmsil olunub. “Mühəndislik” üzrə dünyanın ən yaxşı universitetlərinin siyahısında Bakı Dövlət Universiteti 1001-1250 intervalında mövqe tutub, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1251+) isə siyahıya ilk dəfə daxil olub.
“Fizika elmləri” üzrə fənn reytinqinə Azərbaycandan yalnız Bakı Dövlət Universiteti (1001+) daxil olub.
Qeyd edək ki, “THE dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”nin qiymətləndirmə metodologiyasında 5 istiqamət (tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye və beynəlmiləlləşmə) üzrə 18 meyar nəzərə alınır. Sözügedən reytinqdə 11 geniş fənn sahəsi və 33 dar fənn kateqoriyası üzrə təhlil aparılır.
Tehsil-press.az