İzmir Yüksək Texnologiya İnstitutunun kitabxana direktoru Gültekin Gürdal süni intellektin mahiyyəti, məqsədi, üstünlükləri, süni intellekt texnologiyalarının tədris və akademik tədqiqat prosesinə inteqrasiya olunması mexanizmləri və s. haqqında təqdimatla çıxış edib. O, süni intellektin məqsədinin insan zəkasının təqlidi deyil, kompüter proqramlarını daha ağıllı etmək, insan zəkasının da edə bildiyi tapşırıqları daha sürətli, dəqiq və şəffaf yerinə yetirə bilən avtomatlaşdırılmış sistemlər yaradılması olduğunu bildirib.
Tehsil-press.az