Aysun üçüncü dəfə ərə getməyə hazırlaşır?

Aysun üçüncü dəfə ərə getməyə hazırlaşır? Müğənni Aysun İsmayılova şəxsi həyatından danışıb.

Müğənni instagram hesabına gələn sualları cavablandırıb.

Xəyanəti bağışlamayacağını qətiyyətlə bildirən müğənni “Qarşınıza düzgün biri çıxsa, yenidən ailə qurarsınızmı?” sualına belə reaksiya verib:

“Düzgün biri çıxsa! Bunu düşünmək üçün çox tezdir, çünki mənim övladım var. Amma mən ailə insanıyam. Yəni sevgili həyatı mənə görə deyil”.

Müğənni "Yenidən ailə qursan, səni qınamalarından qorxmursan?" sualına isə “Həyatımı kimlərəsə görə yaşamıram. Həyata bir dəfə gəlirəm. Həyat mənimdir, necə istəsəm onu elə də yaşayaram. Heç kim buna qarışa bilməz. O qınayanların həyatında bir bilsəniz nələr baş verir” cavabını verib.

Qeyd edək ki, Aysun iki dəfə ailəli olub. Onun ikinci nikahından bir neçə ay əvvəl qız övladı dünyaya gəlib.

Aysun üçüncü dəfə ərə getməyə hazırlaşır?


Tehsil-press.az

Oxşar xəbərlər