Polimer Materialları İnstitutunun aliminin məqaləsi dərc olunub

Polimer Materialları İnstitutunun aliminin məqaləsi dərc olunub Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanovun həmmüəllifi olduğu məqalə Mechanics of Composite Materials (2025, Volume 60, pp. 1195-1206,

https://doi.org/10.1007/s11029-025-10254-1) jurnalında dərc olunub.

“Structure and Physical-Mechanical Properties of Nanohybrid Based on Ethylene-Propylene Block Copolymer and Dressed Clinoptilolite” (Etilen-propilen blok birgəpolimeri və appretləşdirilmiş klinoptilolit əsasında olan nanohibridin quruluşu və fiziki-mexaniki xassələri) adlı məqalədə etilen-propilen blok birgəpolimeri və silisium üzvi birləşmə - γ-aminopropiltrietoksisilan ilə appretləşdirilən təbii mineral klinoptilolitin nanohissəcikləri əsasında nanokompozitlərin və nanohibridlərin quruluş xüsusiyyətlərinin və xassələrinin tədqiqi nəticələri təqdim olunub. Nanohibridlərin fiziki-mexaniki və istilik deformasiya xassələrində baş verən dəyişikliklərin təbiətində appretin rolunu müəyyən etmək üçün doldurucu miqdarının dartılmada möhkəmlik həddi, dartılmada axıcılıq həddi, nisbi uzanma, istiliyədavamlılıq və ərintinin axıcılıq göstəricisinə təsiri öyrənilib. Göstərilib ki, appretin istifadəsi hətta 30.0 kütlə % klinoptilolit miqdarında belə, nanohibridlərin kövrək qırılmasını əhəmiyyətli dərəcədə aradan qaldıra bilər.

Qeyd edək ki, Scopus, Web of Science Science Citation Index Expande, Chemical Abstracts Service (CAS), Japanese Science and Technology Agency (JST), Reaction Citation Index, SCImago və s. indeksli bazalara daxil olan jurnal 1.5 impakt faktora malikdir və Q2 kateqoriyasındadır.

Tehsil-press.az

Oxşar xəbərlər