Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Nanopolimer kompozitlər laboratoriyasının müdiri kimya elmləri doktoru, dosent Nüşabə Qurbanova və laboratoriyanın elmi işçisi Nurlanə Mirzəyevanın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Bakı Dövlət Universitetindən olan həmkarları ilə birlikdə həmmüəllifi olduqları məqalə “Journal of Elastomers & Plastics” jurnalında (2024, vol.56, No 4) dərc olunub. https://journals.sagepub.com/doi/10.1177/00952443241263608
“The effect of nickel oxide nanoparticles on the structure and properties of nanocomposites based on high-pressure polyethylene containing multiwalled carbon nanotubes” (Nikel oksidi nanohissəciklərinin yüksək təzyiqli polietilenlə çoxdivarlı karbon nanoborusu əsasında hazırlanan nanokompozitlərin strukturuna və xassələrinə təsiri) adlı məqalədə müəlliflər tərəfindən yüksək təzyiqli polietilenlə çoxdivarlı karbon nanoborusu əsasında nikel oksid tərkibli nanokompozitlərin alınmasından, metal nanohissəciklərinin kompozitin struktur və xassələrinə təsirindən bəhs edilir. Alınan kompozitlərin fiziki-mexaniki, istilikfiziki və termiki xassələri DTA və AFM analiz üsullarından istifadə edilməklə tədqiq edilib.
Qeyd edək ki, Web of Science, SCOPUS kimi bazalara daxil olan jurnal 1.8 impakt faktora malikdir və Q3 kateqoriyasındadır.
Tehsil-press.az