Polimer Materialları İnstitutunda ADNSU və UFAZ-ın alimləri ilə görüş keçirilib

Polimer Materialları İnstitutunda ADNSU və UFAZ-ın alimləri ilə görüş keçirilib Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan-Fransız Universitetinin (UFAZ) alimləri ilə görüş keçirilib. Görüşdə institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov, Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru, dosent Xəyalə Allahverdiyeva, aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru, dosent Fatimə Mustafayeva, ADNSU-nun Kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının müdiri texnika elmləri doktoru, professor Yunis Qəhrəmanlı, universitetin magistrantı Kristina Qoryunova, UFAZ-ın professoru Christophe Serra və tərcüməçi Mina Bağırova iştirak ediblər.

Görüş zamanı institutun baş direktoru Bəxtiyar Məmmədov qonaqları salamlayaraq onların gəlişindən məmnunluğunu bildirib. Sonra institutda aparılan elmi-tədqiqatlar haqqında ətraflı məlumat verib, qurulacaq əməkdaşlığın perspektivlərindən bəhs edib. Daha sonra görüş Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasında davam edib. ADNSU və UFAZ-ın alimləri ilə birgə Nanokimya istiqamətində yeni və perspektivli polimer nanoliflərin alınması, tədqiqi və tətbiqi məsələləri müzakirə olunub.

Görüşün sonunda qonaqlar göstərilən diqqət üçün institut rəhbərliyi və kollektivinə minnətdarlıqlarını bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər