Bakıda müəllim 10-cu sinif şagirdlərini döydü - ARAŞDIRMA BAŞLADI / ANBAAN GÖRÜNTÜ

Bakıda müəllim 10-cu sinif şagirdlərini döydü - ARAŞDIRMA BAŞLADI / ANBAAN GÖRÜNTÜ Paytaxtın Xətai rayonunda yerləşən 254 nömrəli Tam Orta Məktəbdə müəllimin şagirdlərinə qarşı fiziki şiddət göstərdiyi iddia olunur.

Bildirilib ki, həmin məktəbdə fiziki tərbiyə fənnini tədris edən müəllim Səməndər Allahverdiyev şagirdləri döyərək təhqir edib:

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq məktəb uşaqlarını təhqir edir, alçaldır və uşaqları vurur. Görüntülərdəki şagirdlər həmin məktəbin 10d sinif şagirdləridir", - deyə şikayətçi qeyd edib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) müraciət ünvanladıq.

Qurumun Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi haqqında əlavə məlumat veriləcək./baku.ws/



Tehsil-press.az

Oxşar xəbərlər