
Bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev deyib.
O bildirib ki, vətəndaşlara ölkəboyu pulsuz, hüquqi xidmətin göstərilməsi vacibdir:
“Ombudsman instututuna bu missiyanı həyata keçirmək üçün lazımi maliyyə və digər resursların ayrılmasını təklif edirəm. Hər bir rayon və şəhərdə bir neçə nəfər hüquqşünasın işə götürülməsini təmin edəcək dərəcədə maliyyə vəsaitinin ayrılması vətəndaş məmuniyyətinin təmin edilməsini yardımçı olardı”.
Deputat qeyd edib ki, qanunsuz tikilərlə və vətəndaşların tikinti sahəsində üzləşdiyi problemlərlə bağlı hesabatda məlumatlar və təkliflər yer alıb:
“Yerlərdə tikintilərə icazə ilə bağlı ciddi problemlər var. İcra hakimiyyətləri bu sahədə səlahiyyətsiz bir quruma çevrilib. Bunu doğru saymıram. Biz ciddi problemlərlə üzləşir və hər bir kiçik məsələnin həlli üçün mərkəzi icra orqanlarına üz tutmalı oluruq. Bu qədər mərkəzləşmə yerlərdə inkişafa ciddi əngəl yaradır. Kimsə kənddə malına tövlə tikirsə, aldığı 5-10 hektarlıq sahədə iş görmək üçün müvəqqəti nəsə el dilində desək “qaraldırsa” niyə icazəni Bakıdan almalıdır? Məgər bir nəfər həyətinə hasar çəkirsə, evinə artırma edirsə, balaca bir köşk tikirsə, hətta sanitar qovşaq tikirsə, icazəni Şəhərsalma və Arxitektura Komitəsindən alması absurd deyilmi? Bu, məntiqə söykənməyən yanaşmadır. Vətəndaşlar arasında ciddi narazılıq yaradır”.
Tehsil-press.az