Universitetlərin idarəetməsində strateji inkişaf və strateji məqsədlər fərqləndirilir. Strateji inkişaf mövcud resursla və mövcud potensialın uyğunluğunun təmin edilməsini ehtiva edir. Bu sahədə Azərbaycan ali təhsil müəssisələrində vəziyyətin yaxşı olduğu qənaətindəyik.
Bu barədə UNEC-in rektoru, professor Ədalət Muradov feysbuk səhifəsində yazıb.
“Strateji məqsəd isə mövcud resurs və mövcud potensialla təmin edilə bilmir və strateji məqsədlərə nail olmaq isə vacibdir. Başqa sözlə, mövcud resurs və potensialla strateji məqsəd arasında uyğunsuzluq yaranır və universitet yeni potensial formalaşdırmaq məcburiyyətində qalır. Bu sahədə ciddi işlərə ehtiyac var! Həqiqət ondan ibarətdir ki, yeni potensial mövcud resurs və potensiala uyğun olmayan strateji vəzifələr müəyyən etməklə formalaşa bilmir. Yeni potensialı “ali məqsədlərə yönəlmiş kiçik uğurlar strategiyası” formalaşdıra bilər. Universitet idarəetmə prosesinin böyük məqsədlər və sadə strateji addımlardan daha mürəkkəb taktikalara doğru təkamül etməsi vacibdir. Bu halda eksperimentlər qaçılmaz görünür və yeni yolla irəliləmək üçün universitetlər tərəfindən qəti və ciddi qərarların verilməsi tələb olunur”, -deyə rektor bildirib.
Tehsil-press.az