Nigar Ağamalıyeva BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasında laborant vəzifəsində işə başlayıb. O, həm də BDU-nun Filologiya fakültəsində qiyabi təhsil alır, hazırda II kurs tələbəsidir.
Azərbaycan Ordusunun polkovnik-leytenantı Nail Orucov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Nail Orucov ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu, BDU-da şəhid ailələrinə göstərilən qayğının ilk nümunəsi deyil. Bundan əvvəl Vətən müharibəsi şəhidi, kiçik çavuş Saməddin Əmrahovun qızı Aysu Əmrahova BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsində işlə təmin olunub. O, həm də Şərqşünaslıq fakültəsinin tələbəsidir.
BDU şəhid ailələrini daim diqqətdə saxlayır, şəhid məzunlarının xatirəsini həmişə uca tutur, onların qəhrəmanlıqlarının tələbələrə aşılanması istiqamətində tədbirlər həyata keçirir. BDU-nun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 22 məzununun xatirəsinin uca tutulması, müharibə iştirakçısı olan tələbələrin təhsil problemlərinin öyrənilməsi və həlli istiqamətində müvafiq dəstəyin göstərilməsi, qəhrəman məzunların fakültələrdə tələbələrlə görüşlərinin keçirilməsini və s. nəzərdə tutan Tədbirlər Planı hazırlanıb və icra olunmaqdadır. BDU-nun şəhid məzunlarına həsr olunmuş “BDU-nun tarix yazan məzunları” adlı kitabı nəşr olunub. BDU-nun şəhid tələbə və məzunlarının xatirə lövhəsi yaradılıb. Şəhid məzunların məzarları, ailələri vaxtaşırı ziyarət olunur.
Tehsil-press.az