BDU-da şəhid ailələrinin üzvləri olan tələbələrlə görüş

BDU-da şəhid ailələrinin üzvləri olan tələbələrlə görüş Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev şəhid ailələrinin üzvləri olan Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Zeynəb Bədəlova və Şərqşünaslıq fakültəsinin tələbəsi Aysu Əmrahova ilə görüşüb.
Görüşdə rektor E.Babayev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun gücü ilə Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbənin əhəmiyyətindən danışıb, BDU-nun şəhidlik zirvəsinə ucalan 19 şəhid məzununun əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb. Rektor xalqımızın öz qəhrəman şəhidləri ilə qürur duyduğunu ifadə edib.
E.Babayev şəhid ailələrinin üzvü olan tələbə-gənclərin təhsili, qayğıları ilə maraqlanıb, onlara təhsildə uğurlar arzulayıb.
Qeyd edək ki, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Zeynəb Bədəlovanın həyat yoldaşı baş leytenant Valeh Bədəlov Vətən müharibəsində Kəlbəcər istiqamətində gedən döyüşlərdə, Şərqşünaslıq fakültəsinin tələbəsi Aysu Əmrahovanın atası Saməddin Əmrahov isə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhid qəhrəmanlarımız Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunublar.

Tehsil-press.az


Oxşar xəbərlər