BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin kollektivi fakültənin məzunu, Vətən müharibəsi şəhidi Ceyhun Şalıyevin ailəsi ilə görüşüb, məzarını ziyarət edib.
Ziyarət zamanı çıxış edənlər bildiriblər ki, təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Ceyhun Şalıyevin əziz xatirəsi həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacaq.
Ceyhun Şalıyev 2011-2015-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb, 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2020-ci ildə Vətən müharibəsində könüllü iştirak edən Ceyhun Şalıyev torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə mərdlik və fədakarlıq nümunəsi göstərib. O, Füzulinin azad olunması uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Ceyhun Şalıyev “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Tehsil-press.az


Oxşar xəbərlər