Pedaqoji Universitetin tələbələri şəhid Turqut Xəlilbəylinin ailəsini ziyarət ediblər

Pedaqoji Universitetin tələbələri şəhid Turqut Xəlilbəylinin ailəsini ziyarət ediblər Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Könüllüləri Təşkilatının nəzdində fəaliyyət göstərən Kitab klubun təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Turqut Xəlilbəylinin ailəsi ziyarət olunub.
Səhidin ailə üzvləri tərəfindən tələbələrə Turqut Xəlilbəylinin keçdiyi şərəfli döyüş yolu və xatirələrindən bəhs edilib, onun Vətənə olan məhəbbətinin tükənməzliyi vurğulanıb.
Daha sonra tələbələri Turqut Xəlilbəylinin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış şəhid bulağını ziyarət ediblər.
Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib, xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Turqut Xəlilbəyli ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Tehsil-press.az

Oxşar xəbərlər