Vətən müharibəsində şəhid olan məzunların ailələri ziyarət edilib

Vətən müharibəsində şəhid olan məzunların ailələri ziyarət edilib Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarının - Rəşad Zeynallı, Elçin Bağırov və Raul Piriyevin ailələrini ziyarət ediblər.
Şəhidlərin ailə üzvləri ilə söhbət zamanı onların tələbəlik illərindən söhbət açılıb. Onların vətənpərvərlik hisslərinin yüksək olması xüsusi vurğulanıb. Bildirilib ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsi hər zaman ehtiramla yad edilir və bundan sonra da belə davam edəcək. Şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi, onların gələcək nəsillərə tanıdılması üçün universitetdə tələbələr arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılır.
Görüş zamanı AzTU tələbələri və məzunlarının torpaqlarımızın azad olunması uğrunda aparılan bütün döyüşlərdə ön sıralarda xidmət etdiyi və onların Vətənə olan sevgisi vurğulanıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində universitetin tələbə və məzunları arasından 36 nəfər şəhidlik zirvəsinə ucalıb.

Tehsil-press.az

Oxşar xəbərlər