
Himayədar ailənin mahiyyəti, övladlığa götürmədən fərqi, cəmiyyətdə himayədar ailə institutunun formalaşma zərurəti və bugünkü durumu ilə bağlı məlumat verən Cavid Şahmalıyev bildirib ki, “Himayədar ailə” qayğı modelinin tətbiqi valideyn himayəsindən məhrum uşaqların sosial müəssisələrdə deyil, ailələrdə böyüməsinə və ailə mühitində inkişafına şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il fevralın 15-də imzaladığı Fərman ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləməsi və dövlət nəzarəti uğurla icra edilir. O, həmçinin övladlığa götürmə və himayədar ailə ilə bağlı məsələlərin tənzimlənməsində sosial işçinin rolu və vəzifələri, “Gatekeeping” (himayədar ailə) mexanizminin mahiyyəti ilə bağlı tələbələri məlumatlandırıb.
Görüş mövzu ətrafında müzakirələr ilə interaktiv formatda davam edib.
Tehsil-press.az