MARAQLI BİLGİLƏR

MARAQLI BİLGİLƏR
Qarğıdalı dənəsi qızdırıldıqda niyə “partlayır”

Əslində hər qarğıdalı dənəsi partlamır. Yalnız yumru qarğıdalı partlayır. Qarğıdalı dənəsinin üstündə qalın və sukeçirməz bir təbəqə var. Bu təbəqənin altında isə daha iki təbəqə yerləşir.

MARAQLI BİLGİLƏR

Qalın təbəqə qızdırıldıqda dənələrin içi də qızmağa başlayır. Nəticədə, bu buxar toxumun içində təzyiqə səbəb olur. Sonra da bu təzyiq qabığı partladır. Üzə çıxan köpüyə bənzər ağ maddə isə toxumun içindəki nişastadır.

Buz bağlamış yollara nə üçün duz səpirlər?

Temperatur 0-s dən aşağı düşəndə (bunu qarın yağması ilə də əlaqələndirmək olar) yollara duz səpilir. Çünki duz suyun donmasının qarşısını alır. Əgər duz səpilməmişdən əvvəl yol buz bağlamışsa, duz səpildikdən sonra da yol buz bağlamır.

MARAQLI BİLGİLƏR

Əslində, avtomobillərin su filtirlərindəki antifriz də eyni mahiyyəti daşıyır. Antifriz su molekulları ilə birləşərək, müəyyən kristal quruluşu əmələ gətirir və beləliklə də suyun donmasının qarşısı alınmış olar.

Gözümüzü qırpmasaq , nə olar?

Gözümüzü hər dəfə qırpdıqda, göz yaşımız gözün hər tərəfinə yayılır və avtomobildəki şüşəsilən qurğular kimi onu “ yuyur”. Hər dəfə gözümüzü yuyanda göz yaşı vəzifəsindən ifraz olunan duzlu maye bir növ onu dezinfeksiya edir. Üstəlik, bizə anadangəlmə verilən bu sistem öz vəzifəsini dayanmadan yerinə yetirir.

MARAQLI BİLGİLƏR

Bəs görəsən, bu sistem öz vəzifəsini yerinə yetirməsə, nə olar? Əgər insan gözünü qırpmasa və ya göz qapağı həmişə açıq qalsa, gözdəki buynuz təbəqəsi quruyur. Bundan sonra bu təbəqəni başqa bir təbəqə əvəz edər və nəticədə insan kor ola bilər.



Tehsil-press.az

Oxşar xəbərlər