BDU-da “Gənclik həftəsi-3” keçirilir

BDU-da “Gənclik həftəsi-3” keçirilir Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Gənclik həftəsi-3” layihəsinə start verilib.

“Gənclik həftəsi-3” layihəsinin məqsədi tələbələrin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülük dəyərlərinin aşılanmasıdır.

Layihənin açılış mərasimində çıxış edən BDU-nun TGT sədri Harun Mehdiyev və təşkilatın nümayəndələri layihədə iştirak edən tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, gənclərin vətənpərvər, sağlam və intellektual ruhda inkişafı üçün bu cür layihələrin davamlı olacağını qeyd ediblər.

“Gənclik həftəsi-3” çərçivəsində BDU tələbələrini dərsdən sonrakı zamanlarını səmərəli keçirmək, əylənmək və öyrənmək məqsədilə müxtəlif fəaliyyətlər (oyunlar, yarışlar, təlimlər) gözləyir. Layihədə aktiv iştirakı ilə fərqlənən gənclər hədiyyə və sertifikatlarla təltif olunacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər