Gənc tədqiqatçı məktəb kitabxanalarının tarixən formalaşması, inkişaf mərhələləri, onların təhsil prosesindəki rolu barədə məlumatları diqqətə çatdırıb. “Kitabxana işi haqqında” qanunda kitabxanaların elm, təhsil, tərbiyə, mədəniyyət, informasiya funksiyalarını yerinə yetirən sosial institut kimi təsbit olunduğunu bildirən məruzəçi məktəb kitabxanalarının bu istiqamətlərdəki rolundan bəhs edib. Onların şagirdlərin tədris və tərbiyə prosesində, eləcə də mütaliə vərdişlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Araşdırmada tədrisin informasiya təminatında aparıcı rola malik olan məktəb kitabxanalarının müasir informasiya cəmiyyətinin tələbləri səviyyəsində təşkili, kitabxana fondlarının rəqəmsal resurslarla zənginləşdirilməsi, şagirdlərin informasiya axtarışı bacarıqlarının davamlı inkişaf etdirilməsi, onlarda müstəqil öyrənmə vərdişlərinin formalaşması, məktəb kitabxanalarının informasiya resurslarının idarə edilməsi kimi istiqamətlər tədqiq edilib, bütün bunların tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir göstərdiyi vurğulanıb. Məruzədə həmçinin məktəb kitabxanalarının strukturu, potensialı, hədəfləri, kitab fondu, komplektləşdirilmə mənbələri, məktəb kitabxanalarında təşkil edilən müxtəlif tədbirlər barədə məlumatlar diqqətə çatdırılıb.
Elmi seminarın sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.
Tehsil-press.az