BDU-da elmi seminar: Azərbaycan Milli Kitabxanasının sənəd-informasiya resurslarının təhlili

BDU-da elmi seminar: Azərbaycan Milli Kitabxanasının sənəd-informasiya resurslarının təhlili Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Azərbaycan Milli Kitabxanasının sənəd-informasiya resurslarının təhlili” mövzusunda elmi seminar olub.
Seminarda Kitabxana-informasiya resurslarının idarə olunması kafedrasının müəllimi Ulduz Manafovanın mövzu üzrə məruzəsi dinlənilib. O, Azərbaycan Milli Kitabxanasının yaranma tarixi və inkişaf dövrləri barədə məlumat verib. U.Manafova Ümummilli Lider Heydər Əliyevin Milli Kitabxananın fəaliyyətinə daim xüsusi diqqət göstərdiyini xatırladıb. Bildirilib ki, Ulu Öndərin Milli Kitabxananın kadr potensialının yüksəldilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması üçün müstəsna rolu olub.
Məruzədə Milli Kitabxananın fondu, strukturu, sənəd dövriyyəsi barədə informasiyalar faktlarla diqqətə çatdırılıb, sənəd-informasiya resursları müxtəlif parametrlər üzrə təhlil edilib. Müəssisədə kitabxana-informasiya xidmətlərinin elektronlaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, virtual xidmət üçün müvafiq infrastrukturun və proqram təminatının yaradılması istiqamətində həyata keçirilən layihələrdən bəhs olunub. Eyni zamanda, Milli Kitabxananın elektron məlumat bazaları, kitabxana tərəfindən təşkil olunmuş virtual sərgilər, müxtəlif metodik və biblioqrafik nəşrlərin, daycestlərin virtual məkanda təqdimatı kimi innovativ metodlar barədə də danışılıb.

Tehsil-press.az

Oxşar xəbərlər