Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Turizm fəaliyyətinin informasiya təminatı" mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının doktorantı Hacı Qasımlı mövzu ilə bağlı məruzə edib. O qeyd edib ki, turizm məlumatlarla zəngin bir fəaliyyət olduğu üçün bu sahədə prosesin daha effektiv idarə edilməsi baxımından informasiya təminatı yüksək səviyyədə qurulmalıdır.
Bildirilib ki, tədqiqatda turizmin inkişaf etdiyi dünya ölkələrində və eyni zamanda, Azərbaycanda turizm fəaliyyətinin informasiya təminatı araşdırılıb, bir sıra müqayisəli təhlillər aparılıb. Bu sahənin inkişaf modelinin hazırlanmasında informasiya təminatının rolu izah olunub. Vurğulanıb ki, turizm sahəsinə dair sənəd-informasiya resurslarından səmərəli istifadə turizm obyektləri arasında informasiya mübadiləsində xüsusi əhəmiyyət daşıyır, eyni zamanda, rəqabət mühiti yaradır və inkişafa səbəb olur: “Bu muhitin yaradılmasında informasiya təminatının peşəkar şəkildə qurulması, onun davamlı olaraq təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir”.
İşğaldan azad edilmiş ərazilərimizin turizm potensialından da bəhs olunub. Qarabağda yaradılacaq turizm sənayesinin informasiya təminatının xüsusilə mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Məruzədə, həmçinin Azərbaycan Milli Kitabxanasında turizmə dair ədəbiyyatın ümumi statistik göstəriciləri təhlil olunub.
Elmi seminar müzakirələrlə davam etdirilib.
Tehsil-press.az