BDU-da elmi seminar: Azərbaycanda turizm fəaliyyətinin kitabxana-informasiya təminatı

BDU-da elmi seminar: Azərbaycanda turizm fəaliyyətinin kitabxana-informasiya təminatı Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Azərbaycanda turizm fəaliyyətinin kitabxana-informasiya təminatı” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının doktorantı Hacı Qasımlı mövzu üzrə məruzə edib. Gənc tədqiqatçı informasiya əsri adlandırılan müasir dövrdə bütün fəaliyyət sahələrinin informasiya təminatının zəruri olduğunu bildirib. Turizmin məlumatlarla zəngin bir fəaliyyət sahəsi olduğunu qeyd edən doktorant bu prosesin səmərəli təşkilində turizm fəaliyyətinin kitabxana-informasiya təminatının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Məruzədə ölkəmizdə turizm fəaliyyətinin kitabxana-informasiya təminatının mövcud vəziyyətinə nəzər salınıb, bu sahənin gələcək inkişaf modelinin hazırlanmasında kitabxanaşünaslığın və biblioqrafiyaşünaslığın rolundan bəhs olunub. Turizm sahəsinə dair sənəd-informasiya resurslarından səmərəli istifadənin turizm obyektləri arasında informasiya mübadiləsində xüsusi əhəmiyyətini qeyd edən tədqiqatçı kitabxana-informasiya təminatının turizmdə rəqabət qabiliyyətinin artması üçün innovativ bir qaynaq olduğunu vurğulayıb.
Həmçinin müvafiq sahədə mövcud olan beynəlxalq praktika diqqətə çatdırılıb, Azərbaycan Milli Kitabxanasında, BDU-nun Elmi Kitabxanasında və Turizm və Menecment Universitetinin Kitabxana-İnformasiya Mərkəzində turizmə dair ədəbiyyatın ümumi statistik göstəriciləri təhlil olunub.
Hacı Qasımlı işğaldan azad edilmiş ərazilərimizin turizm potensialından da bəhs edib, həmin ərazilərdə yaradılacaq turizm sənayesinin kitabxana-informasiya təminatının xüsusilə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra müzakirələr aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər