Belə ki, liseyin şagirdləri Nuran Əsgərli müsabiqədə Riyaziyyat fənni üzrə I, Ruqiyyə Sadıqlı, Tamerlan Heydərov, Akif Qurbanov, Mehman Qulizadə II, Həsən Süleymanov, Ağasəlim Musayev III yerə layiq görülüblər.
Təbiət fənni üzrə isə Zəhra Səlimzadə I, Əli Xudiyev və Tuncay Şirinli III yeri qazanıblar.
Qeyd edək ki, sözügedən müsabiqə VI-VII sinif şagirdləri arasında təşkil olunub. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə fənlərə olan marağın artırılması, istedadlı şagirdlərin erkən yaşlarda aşkar olunması, onların elmi düşüncə bacarıqlarının inkişaf etdirilməsi və gələcəkdə uğurlu təhsil və karyera planlamalarına dəstək göstərilməsidir.
Şagirdlərimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq!
Tehsil-press.az